Среда, 29 Январь 2025 19:30

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə investisiya imkanları barədə müzakirələr aparılıb, sahibkarlar arasında görüşlər keçirilib.

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.

Forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.

 

Read 51 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ