Понедельник, 03 Февраль 2025 11:43

BMT və Azərbaycan arasında Strateji Prioritetləşdirmə Seminarı keçirilib

Bakıda BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni Çərçivə Sənədinin (2026-2030-cu illər) hazırlanması ilə bağlı Strateji Prioritetləşdirmə Seminarı keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyini, qlobal təşəbbüslərə fəal dəstək verdiyini vurğulayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bu münasibətlərin yeni səviyyəyə yüksəldiyi qeyd edilib. Ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, 50-dən çox dövlət proqramı və strategiyanı DİM-lərə uyğunlaşdırıb, Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

Bu il icrası başa çatacaq 2021-2025-ci illər üçün Çərçivə Sənədinin inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi kimi 4 əsas prioriteti əhatə edir. Bu istiqamətlərdə BMT ilə birlikdə çoxsaylı layihələr icra olunub. Seminar çərçivəsində 2030-cu ilə doğru: Növbəti 5 il üçün Azərbaycanın Dayanıqlı İnkişaf Prioritetləri, COP29 Prezidentliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə və BMT-nin Ümumi Ölkə Təhlilindən irəli gələn əsas çağırışlara dair təqdimatlar edilib.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 38 times Last modified on Понедельник, 03 Февраль 2025 11:47

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ