Понедельник, 03 Февраль 2025 16:34

BƏƏ ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb.

Görüşdə vurğulanıb ki, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət tərəfdaşlığı genişlənir. Ölkələrimiz arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində işbirliyinin gücləndirilməsi potensialı böyükdür.

Tərəflər Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr aparıblar. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 56 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ