Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Yokogawa Europe B.V.” şirkəti (“Yokogawa Electric Corporation” şirkətinin törəmə müəssisəsi) arasında enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında müzakirələr aparılıb.
Qeyd olunub ki, SOCAR və “Yokogawa Europe B.V.” arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə icraçı seminar təşkil olunub.
Seminarda daunstrim dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.