Четверг, 06 Февраль 2025 11:05

SOCAR-ın prezidenti Tatarıstan Respublikasının Baş nazirinin müavini ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Söhbət zamanı SOCAR ilə Tatarıstanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.

Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib. SOCAR ilə Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

 

Read 57 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ