Вторник, 11 Февраль 2025 12:48

Azərbaycan fintexləri ilə birgə həyata keçiriləcək təşəbbüslər müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) fintexlərlə birgə həyata keçiriləcək təşəbbüslər müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin üzvləri ilə görüşdə baş tutub.

"Görüş çərçivəsində maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələrini müzakirə etdik. Həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” üzrə müəyyənləşdirilmiş strateji prioritetlərlə bağlı əldə olunmuş nəticələr və yaxın perspektivdə həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi apardıq", - deyə sədr qeyd edib.

Read 45 times Last modified on Вторник, 11 Февраль 2025 12:52

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ