Четверг, 20 Февраль 2025 11:02

Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 19-da Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb. Səfiri salamlayan nazir Azərbaycan ilə Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 56 times Last modified on Среда, 26 Февраль 2025 11:05

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ