Воскресенье, 02 Март 2025 11:32

Azərbaycan və Somali neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Energetika naziri Pərviz Şahbazov ilə Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüş olub.

Görüşdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun bu yaxınlarda Azərbaycana səfəri və bu zaman imzalanmış sənədlərin iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişafına təkan verən rolundan bəhs edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı Somalidən olan tələbələrin Azərbaycanda neft sahəsində ixtisaslaşmış ali məktəblərdə təhsili ilə bağlı da fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsini, hər iki ölkədə keçiriləcək müvafiq tədbirlərdə iştirakı, eləcə də birgə seminarlar, forumların keçirilməsini nəzərdə tutur.  

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 31 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ