Среда, 23 Апрель 2025 11:37

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentliklərinin 4-cü görüşü öz işinə başlayıb.

“Caspian Energy Media” xəbər verir ki, toplantı Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində baş tutub.

Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.

Toplantı türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək, qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır. Əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır.

Read 14 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ