Super User
Rəşad Abasov “KOB gömrük anbarı”nın açılışında iştirak edib
İdxal sahəsində KOB subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə “Bakı KOB evi”ndə Dövlət Gömrük Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşəbbüsü ilə “KOB gömrük anbarı” yaradılıb. Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, “Bakı KOB evi”ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur.
“KOBİA və digər dövlət qurumlarının eyni sahədə xidmət göstərməsi belə bir anbarın yaradılmasına zərurət yaratdı. Son bir ildir ki bu layihənin üzərində aktiv işlər görülür və son 6-7 aydır ki eyni anbar daxilində həm “ASE”nin öz anbarı, həm də “KOB gömrük anbarı” fəaliyyətə başlayıb”, - açılışda iştirak edən "ASE Asya Afrika Hızlı Karqo ve Dağıtım" MMC-nin direktoru Rəşad Abasov bildirib.
“Hal-hazırda biz Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə prosesin gedişatını izləyirik və artım müşahidə edirik. Ümid edirəm ki, yaxın gələcəkdə göstərilən xidmətlərin və anbarların sayı daha da artaraq, bu isə öz növbəsində kiçik və orta biznesin nümayəndələrinin ehtiyaclarını maksimal dərəcədə qarşılayacaq”, - Rəşad Abasov qeyd edib.
http://caspianenergy.site/caspianenergy.net/index.php/az/caspian-energy-journal/itemlist/user/43-superuser?start=1340#sigProGalleria252fdca5f5
Во Франции азербайджанский художник награждена медалью
В Париже руководитель Ассоциации “Toгрул Нариманбеков” (“Association de Togrul Narimanbekov”), педагог воскресной школы “Натаван”, известный художник Эсмер Нариманбекова награждена медалью. Oна удостоена высокой награды Академического общества “Arts-Sciences-Lettres” Франции за талант, творчество в области живописи и вклад в пропаганду культуры на международной арене.
Э.Нариманбекова известна своими работами, обогатившими как азербайджанскую культуру, так и мировое искусство. Выставки азербайджанского художника, каждое из произведений которой отличается тематическим и жанровым разнообразием, эстетическим совершенством, вызывают большой интерес в нашей стране и за ее пределами.
Об этом сообщает Caspian Energy Media со ссылкой на Государственный комитет по работе с диаспорой.
http://caspianenergy.site/caspianenergy.net/index.php/az/caspian-energy-journal/itemlist/user/43-superuser?start=1340#sigProGalleria47de0e668f
Юные борцы примут участие на чемпионате мира
Сборная Азербайджана по борьбе U-17 примет участие в чемпионате мира в столице Иордании Аммане.
Как сообщает Caspian Energy Media со ссылкой на Федерацию борьбы Азербайджана, встречи будут начинаться ежедневно в 09:30 по бакинскому времени, а поединки за медали - в 17:00.
Судить соревнования будут Турал Алиев и Хабиб Нурулу.
Macarıstanda keçirilən Hun-Türk Qurultayı başa çatıb
Macarıstanın Buğac şəhərində keçirilən dünyanın ən böyük Etno-festivalı hesab edilən Hun-Türk Qurultayı yekunlaşıb.
Caspian Energy Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın incəsənət və mədəniyyət xadimlərinin, ictimai fəalların iştirakı ilə keçirilən festival üç gün davam edib. 300 mindən çox insanın qatıldığı festivalda ilk dəfə Azərbaycan çadırı qurulub. Çadırda Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən Laçından olan Elnarə Rəsulovanın hazırladığı qədim xalçalarımıza və xalça sənətinə aid nümunələr sərgilənib, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təbliği böyük marağa səbəb olub. Aşıq Elməddin Məmmədlinin və Əməkdar artist Qoçaq Əskərovun böyük səhnədəki ifaları festival iştirakçılarının alqışları ilə qarşılanıb.
Fransada yaşayan Azərbaycanlı rəssam medalla təltif olunub
Parisdə “Toğrul Nərimanbəyov” Assosiasiyasının (“Association de Togrul Narimanbekov”) rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi, görkəmli rəssam Əsmər Nərimanbəyova medalla təltif olunub. O, rəssamlıq sahəsindəki istedadı, yaradıcılığı və beynəlxalq arenada mədəniyyətin təbliğinə verdiyi töhfələrə görə Fransanın “Arts-Sciences-Lettres” Akademik Cəmiyyətinin yüksək mükafatına layiq görülüb.
Caspian Energy Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ə.Nərimanbəyova həm Azərbaycan mədəniyyətini, həm də dünya incəsənətini zənginləşdirən əsərləri ilə tanınır. Əsərlərinin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənən azərbaycanlı rəssamın sərgiləri ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla qarşılanır.
http://caspianenergy.site/caspianenergy.net/index.php/az/caspian-energy-journal/itemlist/user/43-superuser?start=1340#sigProGalleria47de0e668f
Qırmızı Qəsəbə dünyanın “100 ən görməli yerləri” siyahısında
Amerikanın “Time” jurnalının hər il tərtib etdiyi dünyanın “100 ən maraqlı və görməli yerləri” siyahısına Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən Dağ Yəhudiləri Muzeyi də daxil edilib.
Caspian Energy Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu haqda “The Bukharian Times” jurnalının redaktoru Erin Levi öz məqaləsində bildirib. O, məqalədə qeyd edib ki, bu ilin may ayında ABŞ və Kanada Buxara Yəhudiləri Konqresi üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində ilk dəfə ölkəmizə səfər edib. Səfər çərçivəsində ölkəmizin multikultural, tolerant ölkə olduğunun şahidi olub və gözəl təəssüratlarla geri döndüyünü diqqətə çatdırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://time.com/6992405/museum-of-mountain-jews/
https://time.com/collection/worlds-greatest-places-2024/
Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.
Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, sənədə əsasən ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl enerji” islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.
Dünya birjalarında neft ucuzlaşıb
Caspian Energy Media xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,29 dollar azalaraq 80,75 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,37 dollar azalaraq 77,79 dollar təşkil edib.
Yeniyetmə güləşçilər dünya çempionatında iştirak edəcəklər
On yeddi yaşadək güləşçilərdən ibarət Azərbaycan yığmaları İordaniyanın Amman şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Caspian Energy Media Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Dünya çempionatında I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.
Özbəkistanda ilk alman universitetinin açılması məsələsi müzakirə olunub
Avqustun 15-də Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri Şaripov Almaniya Federativ Respublikasının Özbəkistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manfred Hutterer ilə görüşüb.
Tərəflər mühəndis-texniki mütəxəssislərin hazırlanması üçün qarşılıqlı təhsil proqramlarının tətbiqi, Almaniya Federativ Respublikasından təcrübəli alimlərin Özbəkistana dəvət olunması, aktual qlobal problemlərin həllinə yönəlmiş qarşılıqlı elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Caspian Energy Media Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüşün nəticələrinə əsasən, tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.