Super User

Super User

Çərşənbə axşamı, 11 İyun 2024 10:24

Bakıda Nazirlərin Təcrübə Mübadiləsi Forumu keçirilir

Bakıda "ASAN xidmət"in təşkilatçılığı ilə Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işə başlayıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, forumda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan və BƏƏ-nin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Çərşənbə axşamı, 11 İyun 2024 10:04

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,66 dollar və ya 2,06 faiz artaraq 82,35 dollar olub.

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı ilə ölkəmizdə “Regional İqlim Həftələri” adlı təşəbbüsün icrasına start verilir.

Caspian Energy Media Nazirliyə istinadən xəbər verir ki, gənclər arasında iqlim savadlılığı və tədbirlərini gücləndirmək məqsədilə həyata keçirilən proqram ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır.

Bazar ertəsi, 10 İyun 2024 17:36

Ağdam Sənaye Parkında yeni rezident

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə - "Caltech" MMC-yə rezidentlik statusu verilib.

Caspian Energy Median Agnetliyə istinadən xəbər verir ki, şirkət tərəfindən mikronlaşdırılmış və örtülmüş kalsit istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 3,7 milyon manat olan müəssisədə 30 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Bazar ertəsi, 10 İyun 2024 17:22

SİF sahibkarlarla görüş keçirib

Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Caspian Energy Media SİF-ə istinadən xəbər verir ki, tədbir çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

 

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa Hava Limanında görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşıladılar.

2024-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.

Bu barədə Caspian Energy Media SİF-ə istinadən xəbər verir.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "AccessBank" QSC və "Yelo Bank" ASC daxildir.

2024-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.

Bu barədə Caspian Energy Media SİF-ə istinadən xəbər verir.

Bu ilin ilk beş ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC fərqlənib.