Super User
“Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşəbbüslərinin müzakirəsinə həsr olunan beynəlxalq tədbir keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu formalaşdırmaq və “OGDC”nin ambisiyalarını həyata keçirmək” mövzusunda beynəlxalq tədbir keçirilib.
Caspian Energy media SOCAR-a istinadən xəbər verir ki, tədbirdə SOCAR, bp, “Saudi Aramco”, “ADNOC”, “Petronas”, “TotalEnergies”, “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərinin, “Ətraf Mühitin Mühafizəsi Fondu”nun (EDF), Beynəlxalq neft-qaz sənayesində ətraf mühitin mühafizəsi Assosiasiyasının (IPIECA), Beynəlxalq Enerji Agentliyinin (IEA), Dünya Bankı kimi nüfuzlu təşkilatların, həmçinin “WOOD”, “Baker Hughes”, “SLB”, “Uniper”, “Mitsubishi Corporation”, “Honeywell”, “Fortescue”, “Bain & Company”, “Boston Consulting Group”, “Wolters Kluwer Enablon” kimi bir sıra tanınmış şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
BP ilə Azərbaycandakı neft-qaz yataqlarının perspektivləri müzakirə edilib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
Caspian Energy Media xəbər verir ki, bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.
“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.
HOS graduate conquers US university
Orkhan Khankishiyev, a graduate of Baku Higher Oil School of SOCAR (BHOS), has been named “The Most Active Master Student of the Year”, Caspian Energy Media reports with reference to HOS.
For his academic and social activities, he was honored with the “The Most Active Master Student of the Year” award by the Petroleum Engineering Department of the University of Oklahoma, USA.
Orkhan Khankishiyev is currently pursuing his doctoral studies at the University of Oklahoma and working on a research project on geothermal well operation.
BANM məzunu ABŞ universitetini fəth etdi
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Orxan Xankişiyev “İlin ən aktiv magistratura tələbəsi” seçilib. Elmi və sosial fəaliyyətləri ilə fərqləndiyi üçün Amerikanın Oklahoma Universitetinin Neft-qaz mühəndisliyi şöbəsi tərəfindən “İlin ən aktiv magistratura tələbəsi” mükafatını qazanıb.
Caspian Energy Media BANM-a istinadən xəbər verie ki, Orxan hazırda sözügedən universitetdə doktorantura təhsilini davam etdirir və geotermal quyuların istismarı mövzusunda tədqiqat proyekti üzərində çalışır.
Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb.
Caspian Energy Media xəbər verir ki, Nazirlikdə keçirilmiş görüşdə ÜTT ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin təşkilata üzvlük prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan basketbol millisinin Ermənistanla oyununun vaxtı açıqlanıb
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisinin Avropa Kubokunda Ermənistanla keçirəcəyi oyununun vaxtı bəlli olub.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 8-də Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Komandamız eyni gündə daha üç matç keçirəcək.
MyGroup Holdinq CEO Breakfast-ın sponsoru olub
MyGroup Holdinq 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Qeyd edək ki, 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən MyGroup Holdinq elektronika satışı sahəsində fəaliyyətə başlamışdır. Hal hazırda MyGroup Holdinq-ə daxil olan şirkətlər avtomobil satışı, neft sektorunda iştirak, marketinq xidmətləri, ətriyyatın pərakəndə satışı, Dubayda daşınmaz əmlak satışı və s. bir sıra sahələr üzrə xidmət göstərir.
OKmedia CEO Breakfast-ın sponsoru olub
OKmedia 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Qeyd edək ki, 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən OKmedia veb saytların hazırlanması, saytlara texniki dəstək, korporativ e-mail xidməti, online ödəmə sistemin inteqrasiyası kimi sahələr üzrə xidmət göstərir. Şirkət tərəfindən indiyədək 400-dən artıq veb-sayt hazırlanıb.
Envix print CEO Breakfast-ın sponsoru olub
Envix print 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
2014-cü ildə yaradılmış Envix Print dövlət və özəl müəssisələrlə birlikdə iri korporasiyalara və müştərilərə çap, promo, reklam xidmətləri təklif edir. Envix Print Azərbaycanın ən yaxşı fəaliyyət göstərən və etibarlı poliqrafiya şirkəti olmağa çalışır, əməkdaşlıq etdiyi iri strukturlar və şirkətlər tərəfindən dəfələrlə məsləhət görülür.
Azerçay CEO Breakfast-ın sponsoru olub
Azerçay 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Azerçay — Azərbaycanın ilk milli çay markasıdır. Yüksək keyfiyyəti və zəngin məhsul çeşidləri ilə Azerçay markası həm Azərbaycan, həm də dünya bazarında çox böyük rəğbət qazanmışdır. Hal-hazırda Azərçay Rusiya, Ukrayna, Belorusiya, Litva, Polşa, Qazaxıstan, Qırğızstan, Çin, Almaniya, ABŞ kimi ölkələrə ixrac edilməkdədir.