
Super User
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq fotomüsabiqə elan edir
COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aktual iqlim problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsi və aktiv maarifləndirmə məqsədilə reallaşdırılan müxtəlif yönümlü təşəbbüslərin davamı olaraq “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə elan edir.
Caspian Energy Media xəbər verir ki, qlobal miqyasda fotoqrafları iqlim dəyişmələri mövzusunda vizual dialoqa dəvət edən bu layihənin əsas məqsədi fotohekayələr vasitəsilə iqlim problemlərinə yeni baxış bucağı ilə yanaşılması və müasir sənət alətləri vasitəsilə qlobal fəaliyyətin stimullaşdırılmasıdır.
Fermerlər üçün təlim keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi və “SAS Agro” şirkətinin təşkilatçılığı ilə Türkiyədən dəvət olunan mütəxəssis tərəfindən yerli sahibkar və mütəxəssislərə məhsul yığımından sonrakı mərhələdə saxlama anbarlarında məhsulun keyfiyyətinin qoruyub saxlamaq və itkiləri azaltmaq üçün xüsusi təlim-seminar keçiriləcək.
Caspian Energy Media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki gün davam edəcək təlimlər 8-9 avqust 2024-cü il tarixlərində Kənd Təsərrüfatı Nazirliyində baş tutacaq.
AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağının nəticələrini açıqlayıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Caspian Energy Media AQTİ-yə istinadən xəbər verir ki, səriştəlilik sınaqlarına qatılan 10 laboratoriya tərəfindən İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədəki “Hesabatlar”da yerləşdirilib. Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.
SOCAR Sloveniyaya qaz təchizatına başlayıb
1 avqust 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.
Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.
“Paris-2024”: Azərbaycanın daha bir neçə idmançısı mübarizəyə qoşulur
Bu gün Azərbaycanın daha iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, cüdoçu Uşanqi Kokauri ilk görüşünü keçirəcək. 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşacaq.
Həmçinin batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova təsnifat mərhələsində qüvvəsini sınayacaq və finala vəsiqə qazanmağa çalışacaq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Komandamız eyni gündə əvvəlcə Avstraliya, ardınca isə Çin seçməsini sınağa çəkəcək.
Boksçu Murad Allahverdiyev (80 kiloqram) isə 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.
Azərbaycan nefti bahalaşmağa davam edir
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar və ya 0,31 faiz artaraq 84,28 dollar olub.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zelim Kotsoyevə zəng ediblər
Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.
Caspian Energy Media Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək, bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.
Qazaxıstan prezidenti Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi - Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell ilə görüşüb.
Caspian Energy Media Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Qazaxıstan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Beynəlxalq gündəlikdəki aktual məsələlər, eləcə də Mərkəzi Asiya ölkələri arasında regional qarşılıqlı fəaliyyət barəsinda fikir mübadiləsi aparılıb.
Milli boksçu Busenaz Sürmeneli “Paris 2024”də 1/4 finala yüksəlib
Fransanın paytaxtı Parisdəki North Paris Arenada boks üzrə qadınlar arasında 66 kiloqram çəki dərəcəsində son 16 raund keçirilib.
Son Olimpiya çempionu milli boksçu Busenaz Sürmeneli polşalı Aneta Rygielskaya 4-1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlməyi bacarıb.
Busenaz Sürmeneli 3 avqust şənbə günü 1/4 finalda Taylandlı Janjaem Suwannapheng ilə qarşılaşacaq.
Президент Казахстана встретился с вице-президентом Европейской Комиссии
Президент Казахстана Касым-Жомарт Токаев провел встречу с Верховным представителем ЕС по иностранным делам и политике безопасности – вице-президентом Европейской Комиссии Жозепом Боррелем
Как сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Республики Казахстан, в ходе встречи собеседники обсудили перспективы развития сотрудничества между Республикой Казахстан и Европейским союзом.
Состоялся обмен мнениями по актуальным вопросам международной повестки, а также регионального взаимодействия стран Центральной Азии.