AvtomatikaAz MMC və Latviyanın Goldingen.Tech şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Avtomatika.az MMC-nin təsisçisi və direktoru Xalid Səmədov bildirib.
Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.
AvtomatikaAz MMC 2019-cu ildən Azərbaycan Respublikasının daim inkişaf edən sənaye avtomatlaşdırma sənayesinin aparıcı şirkətlərindən biridir. Fəaliyyətinin əsas istiqaməti istehsal proseslərinin avtomatlaşdırılması, sənaye avadanlıqlarının istehsalı, eləcə də onun üçün ehtiyat hissələrinin satışıdır. İnşaat, kimya, tekstil və qida sənayesində fəaliyyət göstərən şirkət tam yerli və milli PLC, SCADA, eləcə də bütün avtomatlaşdırma həllərini təklif edir.
Goldingen.Tech şirkəti ABŞ, Kanada, İslandiya, Finlandiya, Norveç, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Rusiya, Yaxın Şərq və Afrika (MENA), Cənubi Koreya və digər ölkələri əhatə edən qlobal müştərilərə uğurlu layihələr təqdim etmək üzrə güclü təcrübəyə malikdir. Geniş təcrübə şirkətə dünya miqyasında yerləşən müxtəlif layihələrə unikal perspektiv bəxş edir. Goldingen.Tech-in təcrübəli mühəndis və dizayner komandası istənilən layihənin öhdəsindən inamla gələ bilər.
Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.