Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.
Caspian Energy Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb. Qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.