Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.
Caspian Energy Media Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.