İyulun 30-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Caspian Energy Media Tacikistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Emoməli Rəhmon möhtərəm Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.