Çərşənbə, 07 Avqust 2024 15:51

Azərbaycan və Qırğızıstan ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

6 avqust 2024-cü il tarixində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maksat Mamıtkanov Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə görüş keçirib.

Caspian Energy Media Qırğızıstan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycandan Qırğızıstana neft tədarükü və kənd təsərrüfatı məhsullarının, xüsusilə quzu və lobya ixracının perspektivləri müzakirə edilib.

Daha ətraflı

Read 289 times