Qazaxıstan prezidenti neft və qaz işçilərinin mükafatlandırılması mərasimində iştirak edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yerli neft və qaz işçilərini sənayenin 125 illik yubileyi münasibətilə təbrik edib. O, həmçinin qeyd edib ki, neft və qaz strateji sərvətdir və milli iqtisadiyyatın əsasıdır.
Görüşün sonunda o, neft-qaz sənayesinin inkişafında mühüm xidmətləri olan vətəndaşlara dövlət mükafatlarını təqdim edib.
Bu barədə “Caspian Energy Media” Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.