Çərşənbə, 04 Sentyabr 2024 12:03

Buxarestdə nazir Pərviz Şahbazovun Peter Siyarto ilə görüşü olub

Rumıniyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, görüşdə ikitərəfli enerji əlaqələrinin gündəliyindəki məsələlərə toxunulub. Macarıstanın “MOL Group”  və MVM  şirkətləri ilə Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.

Söhbət zamanı COP29 tədbirinin Fəaliyyət Gündəliyinin enerji istiqamətindən də bəhs edilib.

Daha ətraflı

Read 72 times