Cümə, 13 Sentyabr 2024 10:34

Sahibkarlar Belqradda keçiriləcək beynəlxalq şərab sərgisinə dəvət olunur

Bu ilin 22-24 noyabr tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində 3-cü beynəlxalq "Wine Vision by Open Balkan" sərgisi keçiriləcək.

Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir ki, sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları 15 oktyabr 2024-cü il tarixinədək winevision.biz veb-saytından qeydiyyatdan keçə bilərlər. Komissiya tərəfindən seçiləcək şirkətin bir nümayəndəsi üçün aviabilet, yaşayış və sərgi bileti xərcləri qarşılanacaq.

Daha ətraflı

 

Read 52 times