İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktorunun birinci müavini Baxtiyor Nazirmadzodanın rəhbərlik etdiyi Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib.
“Caspian Energy Media” bu barədə AZPROMO-ya istinadla xəbər verir.
Görüşdə Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.