Çərşənbə, 25 Sentyabr 2024 17:00

Finlandiyada yaşayan azərbaycanlı həkimlərin görüşü baş tutub

Helsinki Azərbaycan Evində Finlandiyada yaşayan azərbaycanlı həkimlərin görüşü keçirilib. Görüş Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi, Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.

Görüşdə iştirak edən həkimlər öz peşə təcrübələrini bölüşüb, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilməli yeniliklərlə bağlı fikirlər səsləndirib.

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 368 times Last modified on Çərşənbə, 25 Sentyabr 2024 14:02