Çərşənbə axşamı, 08 Oktyabr 2024 14:36

Energetika nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Energetika nazirinin müavini Elnur Soltanov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya İdarəsinin Baş direktorunun müavini xanım Xiaohong Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı ölkəmizin Bankla uğurlu əməkdaşlıq əlaqələri, xüsusilə energetika sektorunun inkişafı üzrə həyata keçirilən birgə layihələr yüksək qiymətləndirilib. Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaşıl enerji istehsalı və ixracı üzrə hədəflər, həmçinin COP29 beynəlxalq konfransına hazırlıqlar barədə məlumat verilib, enerji sahəsində yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 174 times Last modified on Çərşənbə axşamı, 08 Oktyabr 2024 10:40