Bazar ertəsi, 14 Oktyabr 2024 15:48

Özbəkistan və Türkmənistan liderləri ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər

Oktyabrın 14-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

Son görüşdə əldə olunan razılaşmaların işlənib hazırlanmasında Özbəkistan-Türkmənistan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin cari məsələləri nəzərdən keçirilib.

Bu barədə “Caspian Energy Media” Özbəkistan Prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.

Read 23 times Last modified on Bazar ertəsi, 14 Oktyabr 2024 12:22