Çərşənbə, 16 Oktyabr 2024 12:11

Azərbaycan Höküməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində Memorandum imzalanıb

Bakıda COP-öncəsi görüşlər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. “Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.

Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.

Read 34 times Last modified on Çərşənbə, 16 Oktyabr 2024 10:14