Bazar ertəsi, 27 Yanvar 2025 11:47

Azərbaycan və Qətər arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib

26 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətində səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Dövlətinin  Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Mureyxi rəhbərlik edib. 

Məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin ümumi maraq doğuran bir sıra regional ve qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Bu barədə  “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Read 24 times Last modified on Çərşənbə axşamı, 28 Yanvar 2025 07:04