11 fevral tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa Şurasının Prezidenti Antoniu Koşta ilə telefon danışığı aparıb. Söhbət zamanı Qazaxıstan və Avropa İttifaqı arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər və perspektivlər müzakirə olunub.
Tərəflər ikitərəfli və regional gündəliyin geniş spektri üzrə dialoqu və praktiki əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə "Caspian Energy Media" Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.