Thursday, 02 May 2024 09:51

Azərbaycan və Argentina arasında birgə işçi qrupun ikinci iclasının keçirilməsinə dair müzakirələr aparılıb

Azərbaycan      Argentina   arasında   ticarət      iqtisadi əməkdaşlıq  üzrə  birgə   işçi   qrupun ikinci iclasının keçirilməsinə dair müzakirə aparılıb.

Caspian Energy Media xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” hesabında bildirib.

“Argentinanın Buenos Ayres vilayətinin deputatı Nahuel Sotello ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən sərmayələrin təşviqi və vergilər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun ikinci iclasının keçirilməsinə dair müzakirə apardıq”, - E.Əliyev qeyd edib.

Read 583 times Last modified on Thursday, 02 May 2024 13:11

 

NEWS