Caspian Energy Media Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Küveyt) hazırlanan hesabatda Azərbaycan səyahət istiqaməti kimi üstünlük verilən 10 ölkə arasında 38% faizlə birinci pillədə yer alıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Yaxın Şərq regionundan ölkəmizə səfər edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 51% artım müşahidə olunub.