Londonda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (“UK Export Finance” – UKEF) arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və UKEF-in biznesin inkişafı üzrə qlobal rəhbəri Vomic Nur Şah imzalayıblar. Memorandum işgüzar əlaqələrin inkişaf etdirilməsi və investisiya layihələrinin dəstəklənməsi kimi istiqamətlərdə fəaliyyətlərin stimullaşdırılmasını nəzərdə tutur. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.