Super User

Super User

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb. Cədvələ AZAL-ın genişləndirilmiş marşrut şəbəkəsinin 50-dən çox istiqaməti, o cümlədən iki daxili - Naxçıvan və Füzuli şəhərlərinə reyslər daxildir.

“Caspian Energy Media” AZAL-a istinadla xəbər verir ki, cədvəl 2024-cü ilin oktyabrının sonundan qüvvəyə minəcək və 2025-ci ilin martınadək davam edəcək. Biletlərin satışı artıq başlayıb.

Daha ətraflı

Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək. .

“Caspian Energy Media” xəbər verir ki, qadağa 132 min 600 tələbəni əhatə edəcək.

“Caspian Energy Media” “AZƏRTAC”a istinadən xəbər verir ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.

Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.

2024-cü ilin yanvar-iyul ayları ərzində 88 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə “Caspian Energy Media” Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinə istinadən məlumat verir.

 Qeyd edək ki, bunun 53,46%-ni kişilər, 46,54%-ni isə qadınlar təşkil edib.

2024-cü ilin yanvar – iyul aylarında (7 ayda) banklar tərəfindən 682.8 milyon manat xalis mənfəət, 1 milyard 16 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4.2% və 9.1% daha çox).

“Caspian Energy Media” “Marja.az”a istinadla xəbər verir ki, cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 153.4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

 

Четверг, 22 Август 2024 11:28

AZAL-da reyslərin yüklənmə əmsalı 7% artıb

AZAL aviaşirkətinin sərnişin dövriyyəsi 2022-ci illə müqayisədə 2023-cü ildə 30 % artaraq rekord həddə – 2,9 milyon nəfərə çatıb. Beynəlxalq reyslərdə xüsusilə əhəmiyyətli artım müşahidə olunub, sərnişinlərin ümumi sayı 46 % artaraq 2,2 milyon təşkil edib.

“Caspian Energy Media” xəbər verir ki, bunu AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə “Report”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin ilk 6 ayında reyslərin yüklənmə əmsalı 80 %-ə çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

"Eyni zamanda, qeyd etdiyim kimi, aviabiletin orta qiyməti ötən illə müqayisədə 18 % azalıb. 2024-cü ilin birinci yarımilliyində AZAL-ın satışa çıxardığı sərnişin oturacaqlarının ümumi həcmi ötən illə müqayisədə təxminən 50 % çox olub".

Daha ətraflı

Pərakənda satış sahəsində öz sözünü demiş, istehlakçıların sevimli marketi olan “Bazarstore” sosial layihələrin keçirilməsinə daim dəstək olur.

“Caspian Energy Media”ya verilən məlumata görə, Füzuli şəhərində Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Füzulidə yay məktəbi” layihəsinin ərsəyə gəlməsində “Bazarstore” marketlər şəbəkəsi də dəstək olub.

Ölkəmizdə təşkil edilən müxtəlif mədəniyyət və sosial layihələrin həyata keçirilməsinə dəstək verən adıçəkilən marketlər şəbəkəsi tədbir günlərində layihə iştirakçılarının qida təminatını həyata keçirib.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və üstün xidmətilə ümumilikdə 94 mağaza və  3800-ə yaxın çalışanı ilə öz müştərilərinə xidmət göstərir.

2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

"Caspian Energy Media" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 % azdır.

7 aylıq göstəricinin 33 572-si (16,1 %) ilkin, 174 097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşüb.

2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33.395, mənzil üzərində - 46.933, torpaq sahəsi – 120.079, qeyri-yaşayış binası – 1.921, qeyri-yaşayış sahəsi – 4.863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-iyul ayları ərzində 154.905 texniki pasport tərtib edilib, 41.226 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Четверг, 22 Август 2024 10:43

İsti günlərdə yanğına həssas bölgələr açıqlanıb

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.

 “Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Şahdağ, Xızıda orta, Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəranda orta, Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib”.

Daha ətraflı

Avqustun 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.

“Caspian Energy Media” Mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ