İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb.
Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, görüşdə dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji keçidinin təşviqi və bu xüsusda, “Baker Hughes” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Energetika nazirinin “Zhero” şirkətinin həmtəsisçisi və “Zhero Europe” üzrə baş icraçı direktor Alessandra Pasini ilə görüşündə isə “yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.