İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Caspian Energy Media gənclər və idman nazirliyinə istinadən xəbər verir ki, görüş Milli Gimnastika Arenasında təşkil edilib.