Milli atlet Buse Savaşkan Paris 2024 Olimpiya Oyunlarında qadınlar arasında hündürlüyə tullanmada finala yüksəlib.
Fransanın paytaxtı Parisin “Stade de Frans” stadionunda qadınlar arasında hündürlüyə tullanma üzrə seçmə yarışlar keçirilib.
Caspian Energy Media “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Olimpiadaya ilk dəfə qatılan milli atlet Buse Savaşkan 1,92 metr hündürlüklə seçmə yarışları 8-ci yerdə başa vuraraq finala yüksəlməyi bacarıb.
London 2012-də yarışan milli atlet Burcu Ayhandan sonra qadınlar arasında hündürlüyə tullanmada olimpiya finalına çıxan ikinci idmançı olan Buse Savaşkan 4 avqust bazar günü medallar uğrunda mübarizə aparacaq.