On yeddi yaşadək güləşçilərdən ibarət Azərbaycan yığmaları İordaniyanın Amman şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Caspian Energy Media Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, görüşlər hər gün Bakı vaxtı ilə 09:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Dünya çempionatında I dərəcəli hakimlərimizdən Tural Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.