Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Şirkətlər və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.
“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə İtaliya Ticarət Agentliyi, aqrar və qida texnologiyaları sahəsində ixtisaslaşmış Annatura şirkəti, Scorpio Group və İtaliyanın Coldiretti kənd təsərrüfatı təşkilatının nümayəndələri arasında görüşlər təşkil olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
http://caspianenergy.site/caspianenergy.net/index.php/ru/caspian-energy-media/item/5310-italiya-az-rbaycan-d-yirmi-masas-kecirilib#sigProGalleria741c91d01d