Пятница, 06 Сентябрь 2024 11:32

“Azərpoçt” ilə Çin Poçt Qrupu arasında fikir mübadiləsi aparılıb

Milli poçt operatoru fəaliyyət sahəsini inkişaf etdirmək üçün mütəmadi olaraq yeni əməkdaşlıqlar qurur. Bu dəfə qurumun nümayəndə heyəti beynəlxalq təcrübəni öyrənmək və yenilikləri tətbiq etmək məqsədilə Çin Xalq Respublikasına səfər edib. Çin Poçt Qrupu ilə təşkil olunan görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Elgün Rəsulov, İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Topalov, qarşı tərəfdən isə Çin Poçt Qrupunun Vitse-prezidenti Wen Shaoqi, Bağlama, Ekspres və Logistika Biznes bölməsinin idarəedici direktor müavini Lin Zeijan və digər nümayəndələr iştirak edib.

“Caspian Energy Media” “Azərpoçt”a istinadən xəbər verir ki, görüşdə beynəlxalq daşıma mexanizmləri, poçt sahəsindəki yeniliklər, daşıma zəncirinin inkişafı mərhələləri və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qurulan əməkdaşlıqla poçt işinin təkmilləşdirilməsi məqsədilə növbəti addımların atılacağı barəsində razılığa gəlinib.

Daha ətraflı

Read 379 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ