“Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Xəzər Su İnnovasiya Forumu keçirilmişdir. Bu barədə “Aqualink” şirkətinin icraçı direktoru və Xəzər Su İnnovasiya Forumunun təsisçisi Orxan Mikayıl məlumat verib.
Forum, dünyanın müxtəlif bölgələrindən gəlmiş görkəmli ekspertlərini, hökumət rəsmilərini, yerli və beynəlxalq şirkətlərin nümayəndələrini, mütəxəssislərini bir araya gətirərək, onlara cari problemləri müzakirə etmək və bu sahədə innovativ həllər tapmaq üçün unikal bir platforma təqdim etmişdir. "Suya dəyər qatırıq" konsept mesajı ilə həyata keçirilən IV Xəzər Su İnnovasiya Forumu “Nijhuis Saur Industries”, “AO Smith”, “Chemya” şirkətləri və “Referans” Klinik Laboratoriya Mərkəzinin baş sponsorluğu ilə baş tutmuşdur.
Bu əhəmiyyətli forum, regionda su təəssüfatının effektiv idarəedilməsi, yeni texnologiyaların tətbiqi və dövlət ilə özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə təşkil olunmuş və bir sıra nüfuzlu spikerlərin və xarici ekspertlərin iştirakı ilə gerçəkləşən tədbir, iştirakçılara yeni fikirlər və yanaşmalar təqdim etmişdir.
Forumun proqramı iki əsas paneldən ibarət olmuşdur ki, hər biri su ehtiyatlarının idarə olunmasının spesifik aspektlərinə dərindən nəzər salmağı təklif etmişdir.
Öncə Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eizemanın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidovanın, “Aqualink” şirkətinin icraçı direktoru və Xəzər Su İnnovasiya Forumunun təsisçisi Orxan Mikayılın, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin və Su və Meliorasiya Elmi Tətqiqat İnstitutunun hidroloji tətqiqatlar şöbəsinin müdiri Rəşail İsmaylovun açılış niqləri dinlənilmişdir.
İştirakçıları salamlayan Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eizema, Azərbaycanın, su idarəçiliyinin yeni dövrünə qədəm qoyduğunu və bu sahədə müasir və innovativ yanaşmaların tətbiqini hədəflədiyini qeyd edib. Onun sözlərinə görə, forum Niderland həllərinin burada həyata keçirilən iddialı layihələrin dəstək yollarını müzakirə etmək üçün unikal bir platforma təqdim edir.
“Su ehtiyatlarinin və təsərrüfatinin idarəedilməsində beynəlxalq təcrübələr” adlı ilk panelin moderatorluğu Rotterdamın Erasmus Universitetinin İdarəetmə və İctimai Siyasət üzrə baş müəllimi Fərhad Muxtarov tərəfindən həyata keçirilmişdir. Paneldə “Royal Haskoning DHV”nin İqlim dəyişmələri üzrə konsaltinq qrupunun direktor müavini Dirkyan Douma, “IHE Delft Institute for Water Education”un dosenti Saroj Kumar Şarma, “Wageningen University & Research” baş elmi işçisi Katariyen Tervisça van Şeltinqa, ADSEA-nın Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov və “Nijhuis Saur Industries”in regional meneceri Aleksandr Khodakov tədbirin spikerləri sırasında yer almışlar.
Müzakirələr zamanı su təchizatının aspektləri, ekoloji dayanıqlılıq, su ehtiyatları sahəsində aparılan son tədqiqatlar və elmi yanaşmanın vacibliyi kimi mühüm məsələlər iştirakçıların diqqətinə çatdırılmışdır. Panel, iştirakçıların suallarını birbaşa yönləndirdiyi canlı sual-cavab sessiyası ilə yekunlaşmışdır.
İkinci panel “İşğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının idarəedilməsi və ekoloji təsirləri” mövzusuna həsr edilmişdir. Burada Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud və perspektiv hidroenerji imkanları, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi yanaşmasının əhəmiyyəti, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatının modern təşkilinə baxış su təsərrüfatlarında dayanıqlı layihə menecmenti təcrübələri müzakirə olunmuş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
İkinci panelin moderatoru Xəzər Universitetinin professoru Rövşən Abbasov olmuşdur. Panel Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Torpaq və sudan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev "Azərenerji" ASC-nin SES-in istismarı və təmiri xidmətinin rəhbəri Rüstəm Rəcəbov, İnkişaf və Diplomatiya İnstitutu, ADA Universitetinin Baş Elmi İşçisi Həcər Hüseynova, ADSEA-nın İnvestisiyaların idarə olunması və layihələrin təhlili şöbəsinin böyük məsləhətçisi Orxan Oruclu, və "PMO.az" MMC-nin təsisçisi Rəşad İbrahimov kimi peşəkar spikerlərin iştirakı ilə baş tutmuşdur.
İkinci paneldən sonra sual-cavab sessiyası baş tutmuş, iştirakçılar fəal şəkildə fikir mübadiləsi aparmış və ümumi həlləri müzakirə etmişlər.
Forumun sonunda iştirakçılara yeni işgüzar əlaqələr qurmağa və əməkdaşlıq imkanlarını müzakirə etməyə imkan verən B2B görüşləri keçirilmişdir. Tədbirin yekununda Orxan Mikayıl qeyd etmişdir ki, “Dövlət və özəl sektorlar arasında əməkaşlığın dərinləşdirilməsi, su ehtiyyatlarının idarə olunmasında özəl sektorun aktiv iştirakının təmin edilməsi və təşviqi bizim əsas məqsədlərimizdən biridir. Bu gün forumda müzakirə olunan məsələlərin mərkəzində suya qənaət edən texnologiyaların tətbiqi dayanır ki, bunu həm cəmiyyərimizdə, həm də dövlət qurumlarımızla özəl sektor nümayəndələrinə çatdırmağa çalışrıq”.
“Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə və ixtisaslaşmaya malikdir.
“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə tanınarlığa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı və eksklüziv nümayəndəsidir.
“Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015, ISO 14001: 2015 sertifikatlarına malikdir.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.
http://caspianenergy.site/caspianenergy.net/index.php/ru/caspian-energy-media/item/5835-bak-da-iv-x-z-r-su-innovasiya-forumu-kecirilib#sigProGalleriae40e6becd0