Пятница, 15 Ноябрь 2024 16:12

Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi ilə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olunur

Azərbaycanda enerji səmərəliliyini və davamlılığını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti tərəfindən 2016-cı ildə təsis edilən “SOCAR-Uniper” birgə müəssisəsi ötən müddətdə mühüm nailiyyətlər əldə edib.

SOCAR-ın Sumqayıtdakı Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin modernləşdirilməsi sahəsində əməkdaşlıq məqsədilə yaradılan birgə müəssisə “Uniper” şirkətinin qabaqcıl enerji həllərindən istifadə etməklə təbii qaza əhəmiyyətli qənaət edilməsinə və emissiyaların azaldılmasına nail olur.

Belə ki, həyata keçirilən tədbirlər nəticəsində Buxar Generator Kompleksinin enerji istehsalı gücü 8-10 MVt-dan 65 MVt-a çatdırılıb, illik 3,1 milyon kubmetr təbii qaza qənaət olunması, illik 6,600 ton karbon (CO2) və 7,8 ton NOx emissiyalarının, hər il atmosferə buraxılan 160.000 ton buxarın azaldılması təmin edilib. Həmçinin buxar qazanının gücü 450 ton/saata yüksələrək layihə gücünün 93%-nə çatdırılıb, 68% ümumi enerji səmərəliliyinə nail olunub.

Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atılmış önəmli addımlardan olan bu əməkdaşlıq hər iki şirkətin ekoloji məsuliyyətə və resursların optimallaşdırılmasına sadiqliyini əks etdirir.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 25 times Last modified on Суббота, 16 Ноябрь 2024 10:20

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ