2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28 % artaraq 814 min ton təşkil edib.
Məlumata görə, Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində işlər davam etdirilir. Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.
Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.