Super User

Super User

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

“Caspian Energy Media” AYNA-ya istinadla xəbər verir ki, “Bakı-Zaqatala-Bakı” və “Bakı-Mingəçevir-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;

“Bakı-Gəncə-Bakı” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;

“Bakı-Şəmkir-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Daha ətraflı

Çərşənbə axşamı, 20 Avqust 2024 11:16

“Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxacaq

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq. Komanda Zaqrebdə Xorvatiyanın “Dinamo” kollektivi ilə qarşılaşacaq.

“Caspian Energy Media” AFFA-ya istinadla xəbər verir ki, “Maksimir” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İsveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Daha ətraflı

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.

“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, avqustun 31-də Kür çayının iki sahili arasında təşkil ediləcək “Kürü keçək?!” adlı üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

“Sən də Kürü keçənlərdən ol” şüarı ilə keçiriləcək yarışa qoşulmaq istəyənlər 28 avqust 2024-cü il tarixədək (saat 12:00-dək) linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb.

“Caspian Energy Media” DİM-ə istinadla xəbər verir ki, Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə isə I qrupa verilib.

Qeyd edək ki, elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Qrand Est, Danimarka Krallığının isə Cənubi Danimarka, Midtyulənd regionlarında blutanq xəstəliyi qeydə alınıb.

“Caspian Energy Media” AQTA-ya istinadla xəbər verir ki, Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Qrand Est, o cümlədən Cənubi Danimarka və Midtyulənd regionlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Daha ətraflı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.

Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim etdilər.

Bu barədə “Caspian Energy Media” Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Daha ətraflı

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Bakı Ağ Şəhər”də olublar.

Bu barədə “Caspian Energy Media” Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə “Caspian Energy Media” Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Sonra Rusiya Prezidenti bəyanatla çıxış etdi.

Daha ətraflı

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanın bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirən “Better Cotton Initiative” təşkilatına üzvlüyü ilə bağlı müzakirələr aparılıb.

“Caspian Energy Media” nazirliyə istinadən xəbər verir ki, nazir Məcnun Məmmədov "Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbər şəxsləri ilə görüş keçirib. Nazir bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərin gəlirlərinin artmasına, bölgələrdə məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirir, bu mexanizmlər sayəsində əkininə maraq artıb. Nazirliyin digər sahələrdə olduğu kimi pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.

2024-cü ildə Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi ötən il qeydə alınmış ən yüksək səviyyəsini yeniləyəcək.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov həmkarı Lan Foan ilə Moskvada görüşündə bildirib.

O bildirib ki, keçən il ikitərəfli ticarətdə rekord həddə çatmışdır. Yeddi ayın yekunlarına əsasən, bu il ticarət dövriyyəsinin bu yüksək səviyyəsinin yenilənməsi üçün bütün ilkin şərtlər mövcuddur.

Bundan əvvəl Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi yanvar-iyul aylarında Çin-Rusiya ticarətinin həcminin illik 1,6% artaraq 136,67 milyard dollar təşkil etdiyini bildirmişdi.