Çərşənbə, 10 İyul 2024 17:25

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində Azərbaycanla bu ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

Məlumata görə, Hökumətlərarası Komissiyanın həmsədrləri Mikayıl Cabbarovla Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Komissiyanın işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli platforma olduğunu vurğulayıblar.

Qeyd olunub ki, ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir.

Daha ətraflı

Read 211 times Last modified on Çərşənbə, 10 İyul 2024 13:28