Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəsmi səfər çərçivəsində Astanaya gələn Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddini qəbul edib.
Görüş zamanı dövlət başçısı Qazaxıstan və Tacikistan arasında müxtəlif istiqamətlər üzrə sabit və müsbət dinamika ilə inkişaf edən münasibətləri qeyd edərək, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin, yüksək səviyyədə əldə olunmuş razılaşmaların icra vəziyyətini müzakirə edərək, iqtisadiyyat, ticarət, tranzit, rəqəmsallaşma, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetiriblər. Bundan əlavə, görüşdə regional təhlükəsizlik, su və enerji sahəsində əməkdaşlıq, eləcə də Mərkəzi Asiyanın dayanıqlı inkişafının təmin edilməsi üçün birgə tədbirlər müzakirə olunub.
Bu barədə "Caspian Energy Media" Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.