Şənbə, 17 May 2025 22:24

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfərə gəlib

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfərə gəlib.

Roma şəhərinin  beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov  qarşılayıblar. Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.

 

Read 3 times