Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.