Bazar, 18 May 2025 22:26

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib.

Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb. Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.

 {gallery}rwer{/gallery}

Read 3 times Last modified on Bazar ertəsi, 19 May 2025 10:29