Çərşənbə, 21 May 2025 10:01

Milli Məclisin sədri İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Milli Məclisin sədrini salamlayan Deputatlar Konqresinin sədri Fransina Armenqol bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələri haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri bərpaolunan enerji və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı perspektivlər olduğunu qeyd edib. 

Milli Məclisin sədri iqtisadi əlaqələrdən danışarkən, Azərbaycanın nəqliyyat-tranzit imkanlarını xüsusi vurğulayıb, Orta Dəhliz üzrə fəaliyyətin Azərbaycan-İspaniya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri ola biləcəyinə diqqət çəkib.

Bu barədə “Caspian Energy Media” Milli Məclisə istinadən xəbər verir.

 

 

Read 23 times Last modified on Çərşənbə, 21 May 2025 12:05