Monday, 07 October 2024 15:46

Texas Universitetində azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub

 Texas Universitetində ABŞ-də yaşayan azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub. Konsertdə Fərhad Xudiyevin dirijorluğu ilə Texas Universiteti Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilmiş parçaları, eləcə də bəstəkarlar Donald Gransamın (Donald Grantham), İqor Stravinskinin əsərlərini ifa edib.

Fərhad Xudiyev 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən 2020-ci ilədək Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda Texas Universitetində dirijorluq sənətini tədris etməklə yanaşı ali təhsil ocağının simfonik orkestrində musiqi rəhbəri vəzifəsində işləyir. Fərhad Xudiyev “Beethoven 25” qızıl medalına sahibdir, dünyanın müxtəlif ölkələrinin orkestrləri ilə çıxış edir.

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 6 times

 

NEWS