Super User

Super User

Четверг, 11 Июль 2024 10:54

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Caspian Energy Media AZƏRTAC-a istinadlaxəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,95 dollar və ya 1,07 faiz artaraq 89,84 dollar olub.

Четверг, 11 Июль 2024 11:44

Dünya birjalarında neft bahalaşıb

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,71 dollar artaraq 85,79 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar artaraq 82,78 dollar təşkil edib.

Четверг, 11 Июль 2024 11:35

I Milli Rəqabət Forumu keçirilir

İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə I Milli Rəqabət Forumu keçirilir.

Bcaspian Energy Media xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi “X” hesabında paylaşım edib.

“Məqsədimiz dövlət-özəl tərəfdaşlığını təşviq etməklə biznes mühitinin səmərəli rəqabət prinsipləri əsasında fəaliyyətini müzakirə etmək və potensial imkanları dəyərləndirməkdir. Yeni əməkdaşlıqlar üçün faydalı fürsət olan forumun işinə uğurlar arzulayırıq”,-deyə nazir qeyd edib.

Energetika Nazirliyində nazir müavini Orxan Zeynalovun iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi arasında “Azərbaycanda yaşıl enerjiyə keçid” mövzusunda dəyirmi masa təşkil olunub.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, dəyirmi masada Azərbaycanda bərpa olunan enerji mənbələri, dekarbonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziyyət, həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumat verilib, Azərbaycan və Böyük Britaniya arasında bərpa olunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerji səmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi üzrə əməkdaşlığa dair növbəti addımlar müzakirə edilib.

Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC, SOCAR və bp şirkətlərinin nümayəndələri iştirak edib.

Ölkəmizdə səfərdə olan Türkiyənin Bursa Ticarət və Sənaye Palatasının nümayəndə heyəti və qida sektorunda fəaliyyət göstərən iş adamları ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib.  

Caspian Energy Media KOBİA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə, o cümlədən Bursa iş adamları arasında biznes və investisiya sahələrində əməkdaşlıq, həmçinin yerli KOB-larla əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı

Hörmətli sahibkarlar, Rusiya Federasiyasında 2024-cü il sentyabrın 1-dən etibarən müəyyən növ məhsulların, o cümlədən konservlərin, bitki yağlarının və alkoqolsuz pivənin məcburi etiketlənməsi tətbiq ediləcəkdir. Rusiya hökuməti etiketləmə qaydalarını və son tarixləri təsdiqləyib.

Caspian Energy Media AZPROMO-ya istinadla xəbər verir ki, məhsulların dövriyyədən çıxarılması ilə bağlı məlumat 2026-cı il oktyabrın 1-dən verilməlidir.

Daha ətraflı

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində Azərbaycanla bu ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

Məlumata görə, Hökumətlərarası Komissiyanın həmsədrləri Mikayıl Cabbarovla Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov Komissiyanın işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icra edilməsi üçün səmərəli platforma olduğunu vurğulayıblar.

Qeyd olunub ki, ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir.

Daha ətraflı

Как сообщает Caspian Energy Media со ссылкой на Министерство экономики,В Бухаре состоялось 13-е заседание совместной межправительственной комиссии по сотрудничеству между Азербайджаном и Узбекистаном.

Сопредседатели комиссии, министр экономики Азербайджана Микаил Джаббаров и министр инвестиций, промышленности и торговли Узбекистана Лазиз Кудратов подчеркнули, что комиссия является эффективной платформой для развития деловых связей и реализации совместных проектов.

Было отмечено, что двустороннее торговое сотрудничество является основным направлением экономических отношений.

Подробнее

Под председательством Премьер-Министра Казахстана Олжаса Бектенова состоялось 15-е заседание диалоговой платформы «Казахстан-Евросоюз» с участием Посла Представительства Европейского Союза в РК Кестутиса Янкаускаса и глав дипломатических миссий стран ЕС.

В частности, обсуждены планы по развитию Транскаспийского международного транспортного маршрута (ТМТМ) как одного из наиболее перспективных направлений.

Через Казахстан, который является транзитным хабом между Европой и Азией, перевозится около 85% товаров из Китая в страны ЕС. ТМТМ предоставляет наиболее конкурентоспособный срок доставки (12-15 суток), обеспечивая максимальную привлекательность для торговых потоков.

На заседании диалоговой платформы были рассмотрены вопросы расширения и укрепления торгово-экономического, инвестиционного взаимодействия и совместной реализации проектов в сфере транспорта и логистики.

 

Об сообщает Caspian Energy Media со ссылкой на сообщение пресс-службы правительства Казахстана.

Подробнее

Среда, 10 Июль 2024 15:30

AZPROMO-da JETRO ilə görüş keçirilib

Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.

Caspian Energy Media AZPROMO-ya istinadla xəbər verir ki, görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti "FOODEX Japan 2024" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi altında yerli məhsulları təqdim edib.

Bununla yanaşı, Yaponiyaya ixrac imkanları və investisiya tərəfdaşlığı müzakirə olunub.

 

 

НОВОСТИ